İlham Əliyev çoxsaylı liderlər tərəfindən qəbul olunan siyasi liderdir - MÜNASİBƏT BİLDİRİLDİ

İlham Əliyev çoxsaylı liderlər tərəfindən qəbul olunan siyasi liderdir - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezident hakimiyyətə gəldikdən sonra ilk atdığı addım Azərbaycanın xarici siyasətində, diplomatiya sahəsində milli təhlükəsizlik konsepsiyasını qəbul etmək idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, hər bir dövlətin xarici iqtisadi siyasəti həmin ölkənin təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir: “Azərbaycan regionalizm, avrosentrizim, atlantizm istiqamətləri üzrə hərəkət etdi. Azərbaycan dünyəvi bir dövlət olduğunu bir daha bəyan etdi. İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın xarici siyasətini genişləndirdi, onun çoxşaxəli siyasətinə sadiq qaldı. Digər tərəfdən Azərbaycanın xarici-iqtisadi siyasətinə çox ciddi dəyişiklik edildi.

2007-ci ildən başlayaraq İlham Əliyev Azərbaycanın xarici siyasətini təkmilləşdirmək üçün, iqtisadi siyasəti daha da təkmilləşdirmək üçün paralel islahatlar modelinə əl atdı. Artıq bir sıra sosialist ölkələr, yəni Maldova, Orta Asiya Respublikaları, Bolqarıstan, Ukraniya, Belarusiya da paralel islahatlar modelindən istifadə etməyə başlayıb. Yəni burada həm siyasi, həm iqtisadi, mən də mədəni islahatlar paralel şəkildə həyata keçirilir. Bu çox uğurlu bir modeldir. İlham Əliyevin bu iqtisadi inkişaf modeli də artıq dünya təcrübəsində istifadə olunur.

Azərbaycan həm ölkə daxilində, həm ölkə xaricində haqq işini gündəmə gətirdi. Erməni işğalını və Ermənistanı dəstəkləyən qüvvələrin Azərbaycanın ərazi bütövlüyünü pozmasını aradan qaldırmaq üçün informasiya müharibəsi elan etdi. Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan ideoloji-mədəni sahədə müharibəyə başladı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildə “Xocalıya ədalət” devizi ilə dünyaya Xocalıda baş vermiş soyqrımı tanıtdı. Dünyanın 10-dan çox parlamenti Xocalı soyqrımını tanıyıb və qəbul edib".

Politoloq onu da qeyd edib ki, Azərbaycan diasporası ilə əlaqələr də gücləndirilib: "Bunun da əsasını Heydər Əliyev qoymuşdur, amma İlham Əliyev diasporanı daha da fəallaşdırdı. Azərbaycanın xarici siyasətində problemlərini hərbi yolla həll etməsi gündəmə çevrilmişdir. Yəni Azərbaycan hər zaman doğru bildiyi yolda addımlamağa davam etmişdir. İlham Əliyevin bu idarəetmə siyasəti evristik siyasət adlanır. İdarəetmə - struktur idarəetmə, tipik idarəetmə və evristik idarəetmə olaraq bölünür ki, cənab Prezident məhz 3-cü yolu seçdi. Prezident kreativ yanaşmarla həm Azərbaycan daxilində xalqın, ordunun və prezidentin ətrafında toplanması üçün baza yaratdı, həm də dünya dövlətləri ilə, Türkiyə, Pakistan ilə qardaşlıq siyasətini həyata keçirməyə başladı. Öz xarici siyasətində qonşu dövlətlərlə sıfır problem siyasətinə keçdi. Uzun illər ərzində həll oluna bilməyən Xəzərin bölünməsi siyasəti çox uğurla başa çatdırıldı. Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsi Rusiya ilə tamamilə başa çatdırıldı, Gürcüstanla isə 90 faizdən çoxu artıq başa çatdırılıb. Bu mühüm bir məsələdir. Çünki Azərbaycan müstəqillik qazanandan sonra dövlət sərhədlərinin dəqiqləşdirilməsi həyata keçirilməlidir.

Cənab Prezident İlham Əliyevin öz xarici siyasətinin ən yüksək zirvəsi keçən il idi. 44 günlük müharibədə qələbə qazandıq. Bu müddət ərzində 30-dan çox ölkəninin 50-yə qədər informasiya agentliklərinə, telekanallara bir neçə dildə intervyular vermişdir. Cənab Prezident Azərbaycanın haqq işini dünyaya çatdırdı. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə uğurlu siyasət apardığına görə 120 dövlət Azərbaycanı dəstəklədi. Ermənistanın Azərbaycana qarşı haqsız qərarlar qəbul etməsini blokladı. İlham Əliyev dünyaya bir daha uzaqgörən siyayətçi olduğunu göstərdi. Mən bu sahə üzrə araşdırmaçıyam və qeyd etmək istərdim ki, İlham Əliyev hal-hazırda nəinki MDB məkanında, hətta dünya miqyasında çoxsaylı liderlər tərəfindən qəbul olunan siyasi liderdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə