YAP Oğuz rayon təşkilatı tərəfindən "Azərbaycan son 18 ildə" adlı elmi-praktik konfrans keçirilib
Konfransda YAP Oğuz rayon təşkilatının sədri vəzifələrini icra edən Saleh Məhərrəmov çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərliyi dövrdə, dövlətimizin son 18 ildə keçdiyi inkişaf yoluna nəzər salıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on səkkiz illik tarixi dünya siyasi liderləri sırasında böyük imicə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır: "Cənab İlham Əliyevin 2003-cü ildən Azərbaycana rəhbərliyi dövründə ölkəmizin bütün sahələrində uğurlara nail olunub, yeni nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası nəticəsində Azərbaycan müasirləşib".
Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. O, bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi: "Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdikdikdən sonra bu gün ölkəmizin qarşısında yeni yollar açılıb".
Tədbirdə çıxış edən Oğuz rayon icra hakimiyətini başçısının müavini Yusif Naxçıvanski, rayon gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov və Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu olan dövlətə çevrildiyini bildiriblər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB