Çalburun kəndində şəhid Müzəffərli Kənan Azər oğlunun məzarı ziyarət edilib
22.12.2021-ci il tarixində Gədəbəy RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Gədəbəyə rayon təşkilatının gənclər birliyinin üzvləri, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Çalburun kənd sakini Müzəffərli Kənan Azər oğlunun, doğum günü münasibətilə məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid valideynləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB