“Şərqdən keçən yollar”

Ən yeni tariximizə, hər bir vətəndaşımızın gündəlik həyatına dərin iz buraxaraq daxil olmuş “Qarabağ Azərbaycandır!” ifadəsi Avropa İttifaqının maraq dairəsinə səbəb oldu. Azərbaycan 44 gün ərzində ərazilərini işğaldan azad etdi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və ermənilərə qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biri də İtaliyadır. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub.

İllərin sınağından çıxan Azərbaycan Avrasiyanın nəqliyyatına çevrilir. Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. 2021 ci il yanvarn 14 də Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev Füzuli Beynəlxalq hava limanının təməlini qoydu. Oktyabrın 26-da bu hava limanının açılışı oldu. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışı ermənilərin fitnəkar siyasətini, türk dövlətlərinin birliyini Avropa İttifaqına bir daha sübüt etdi. ABŞ-dan olan yazıçı Pol Qoblın fikri ilə desək “Ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi faktla bağlıdır. Bu ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”. Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi aparılır və dəmir yol xətlərinin bərpa olunması iqtisadiyatın inkişafına təkan verir.

Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə müasir magistral yollar var. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisində aparılan bütün tikinti işləri artıq tamamlanıb. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan NaxçıvanMuxtar Respublikasının birləşdirilməsi Avropa dövlətlərinin maraq darəsinə səbəb olur.Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi Azərbaycandan Ermənistana və oradan Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq.

Bu nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlarından biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Bu dövlətimizin ən yeni tarixi üçün böyük göstəricidir.

Zenfira Babayeva

Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə