Dahilərdən biri belə demişdir “Dahi insanların dili təbiətin özünün dili qədər sadədir”. Bəli bu həqiqətən də belədir, çünki, son illərdə, əsasən də, ikinci Qarabağ müharibəsi dövründən bu günədək, Prezidentimiz İlham Əliyev cənabları müasir dünyanın ən böyük gücü sayılan informasiya aləmində səlis, məntiqli və ən əsası hər kəsin başa düşəcəyi tərzdə etdiyi çıxışları ilə öz Dahiliyini dünyaya sözün əsil mənasında bir daha isbat etdi. Dünyanın tanınmış media qurumları Ondan müsahibə almaq uğrunda sanki yarışa çıxırlar. Bunun səbəbi Onun müstəqil, etibarlı, ədalətli dövlət başçısı olmasıdır.
Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi. Müsahibəsində bir çox önəmli məsələlərə toxunan İlham Əliyev cənabları Azərbaycan və Ermənistan arasındakı münasibətlərin Avropa İttifaqının sülh prosesinə dəstəyinin çox önəmli olmasından, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlardan, həmin reallıqlara uyğunlaşmaqdan və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdən və bu məsələlərdə Avropa İttifaqının rolu və səylərinin böyük əhəmiyyət kəsb etməsi haqqında məlumat verdi.
Çıxışı zamanın Prezident İlham Əliyev cənabları dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verildiyini bildirdi. Azərbaycanın artıq, bu işlərə başladığını və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xəttinin 2023-cü ilin sonunadək hazır olacağını bildirdi. Lakin Ermənistan tərəfinin bu işin icrasını çox ləngiddiyini diqqətə çatdırdı.
Sonra O, rəsmi İrəvanın hərbi cinayətlərinin müharibədən sonrakı dövrdə də, davam etməsindən, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsinin öz həllini tapmamasından, Avropa ittifaqının Azərbaycan və Ermənistana təqdim ediləcək paketin ədalətsiz bölgüsündən ətraflı məlumat verdi.
Prezident həmçinin ATƏT-in Minsk qrupunun 28 illik uğursuz fəaliyyətindən danışaraq, onların bu cür səriştəsiz davranışlarının yalnız Ermənistanının danışıqlar masasında mövqeyininin möhkəmləndirilməsinə və işğalın sonsuz edilməsinə şərait yaratmasından məlumat verdi.
Çıxışının sonunda İtaliya Azərbaycan dostluğuna diqqət ayıran cənab İlham Əliyev bu iki dövlətlərin strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biri olduğunu bildirdi.
Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş-direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB