Liderlər arasında müəyyən bir yol xəritəsi də cızılıb - POLİTOLOQ AÇIQLADI

Liderlər arasında müəyyən bir yol xəritəsi də cızılıb - POLİTOLOQ AÇIQLADI

“Ümumi olaraq demək olar ki, Soçi və Brüssel görüşləri tam olaraq gündəlik formasını yekunlaşdırdı”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, "tet a tet" görüş baş verdi və böyük ehtimalla demək olar ki, liderlər arasında müəyyən bir yol xəritəsi də cızılıb. “Dəmiryolu xəttinin tikintisi qərarı, avtomobil yolunun, marşrutların müəyyən olunması, dəhlizlərin istifadə qaydaları rejimləri ilə bağlı aydınlıq yaxın gələcəkdə məlum olacaq. Digər tərəfdən paralel olaraq bir neçə istiqamətdə proseslər başlayıb və bunu da həmin görüşlərin nəticəsi kimi qiymətləndirmək olar. Ən əsası isə ondan ibarətdir ki, bu görüşlərin nəticəsində artıq sülh şəraitində postmünaqişə dövrü üçün xas olan məsələlərin müzakirəsi baş verir. Önəmli məqam isə ondan ibarətdir ki, bu görüşlərdə qərarların qəbul olunması təmin olunur”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə