İlham Əliyev müasir müsəlman dünyasının parlaq şəxsiyyətdir - Əli Hüseynli
"Prezident İlham Əliyev müasir müsəlman və türk dünyasının parlaq şəxsiyyətidir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev yeni tarix yazdı: "Qarabağı və Şərqi Zəngəzuru Azərbaycana qaytarmaqla Azərbaycanı yenidən öz tarixi yoluna qaytardı".
"İlham Əliyev dəfələrlə açıq və demokratik seçkilərdə qalib gəlmiş dövlət başçısıdır. Xalq tərəfindən seçilən hər bir rəhbərin xüsusi təyinatı olur. İlham Əliyev bölgədə ən yaxşı xüsusi dövlətin başçısıdır. O, həm də müasir müsəlman və türk dünyasının parlaq şəxsiyyətidir”, - deyə Ə.Hüseynli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB