“Azərbaycan son 18 ildə” FOTOLAR

“Azərbaycan son 18 ildə” FOTOLAR

Bu mövzuda YAP Gədəbəy rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib

YAP Gədəbəy rayon təşkilatının təşkilatçılığı ilə rayonun Aşıqlar Evində “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri düzüblər. Sonra tədbir Gədəbəy Aşıq Məktəbində davam etdirilib. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev “Azərbaycan son 18 ildə” mövzusunda geniş məruzə ilə çıxış edib. Bakı Dövlət Universitetinin professoru Musa Bayramov, Gədəbəy RİH başçısı vəzifəsini icra edən Natiq Nağıyev, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov mövzu ətrafında çıxış ediblər.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə