Qax rayonunda şəhid Asəf Ağayevin xatirəsi anılıb FOTOLAR

Qax rayonunda şəhid Asəf Ağayevin xatirəsi anılıb FOTOLAR

YAP Qax rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid Asəf Ağayevin döyüş yoldaşları, oxuduğu məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri, onun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra partiya fəalları şəhidimizin ailəsinə baş çəkərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı şəhid Ağayev Asəf Abid oğlu Vətən müharibəsində sonadək iştirak etmiş, Şuşanın işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərmişdir. Asəf Ağayev Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra, Qarabağda antiterror əməliyyatı keçirməsi zamanı Xocavənd rayonu ərazisində minaya düşərək, şəhidlik zirvəsinə ucalmışdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə