Rusiyalı politoloq: “Miqrasiya faktoru sürətlə artacaq” ERMƏNİSTANDA
Rusiyalı ekspert Andrey Areşevin fikrincə, Nikol Paşinyan rejimi öz səviyyəsi sayəsində ictimai düşüncəyə qarşı hazırladığı manipulyativ fəndləri, eləcə də afişa olunmayan xarici dəstəyi, xüsusilə polis vasitəsi ilə nə qədər dayanıqlı olduğunu kifayət qədər göstərdi. Onun sözlərinə görə, erməni güc strukturları bundan sonra da, onsuz da az sayda olan etiraz aksiyalarını dağıdacaq. “Ermənistandakı etiraz əhval-ruhiyyəsi heç yerə getməyəcək, xüsusilə sosial-iqtisadi situasiya daha da pisləşəcək”, deyə politoloq proqnozlaşdırıb.
Lakin o, istisna etmir ki, belə əhval-ruhiyyələr elə də aktiv deyil, passiv formada görünəcək.
Arşevin həmçinin hesab edir ki, ölkədə miqrasiya faktoru sürətlə artacaq, bu baxımdan da Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşması ümumiyyətlə görünmür, əksinə, xarici borc çoxalır, qiymətlər artır. “Lakin ən neqativ faktor insanların öz təhlükəsizliklərinə inamlarının itirilməsidir ki, bu da ölkədən miqrasiya hallarını daha da artıracaq”, rusiyalı politoloq bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB