Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən, özünün “Twitter” səhifəsində Ermənistana dəstək qeydi edib.
SİA xəbər verir ki, Fransa prezidenti "Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram"- yazıb.
Xatırladaq ki, dekabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib.
Dekabrın 16-na keçən gecə Makronun vasitəçiliyi ilə Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında daha bir görüş baş tutub.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB