Qeyri-qanuni çağırışlar etmək yolverilməzdir - MÜNASİBƏT BİLDİRİLDİ
"Ölkədə nə baş verirsə hər biri qanunvericilik səviyyəsində həyata keçirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, insanları konstitusiya quruluşuna qarşı çıxmağa, mövcud rejimi devirməyə, xaos yaratmağa, stabilliyi pozmağa vadar etmək və onları dəstəkləmək düşmənlərimizin dəyirmanına su tökməkdir: "Hal-hazırda Azərbaycanda daha stabil cəmiyyətin yaradılması üçün çalışmalıyıq. Çünki 44 günlük müharibədən çıxmışıq və bu müharibə nəticəsində azad etdiyimiz əraziləri yenidən bərpa edib 1 milyon əhalini həmin ərazilərə yerləşdirməliyik. Bu gün erməni lobbisi və Ermənistan dövləti Azərbaycanı bütün platformalarda vurmağa çalışır, Azərbaycana qarşı olan qüvvələrlə birlikdə hərəkət etmək təbii ki, Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə mənfi təsir göstərir. Azərbaycanda bütün siyasi hüquqlar və vəzifələr yerinə yetirilməlidir, hər kəs də qanunlar çərçivəsində öz hüquqlarından istifadə etməlidir, amma qeyri-qanuni hərəkətlər etmək, qeyri-qanuni çağırışlar etmək təbii ki, yolverilməzdir. Bu hallar baş verdikdə qanunvericilik səviyyəsində cəzalandırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB