"Ulu Öndər Azərbaycana qayıdışı ilə vətəndaş müharibəsi təhlükəsi yox oldu" - BAŞ REDAKTOR AÇIQLADI
“1993-cü illərdə Azərbaycan xalqı müstəqil yaşamaq üçün, müstəqil dövlət əldə etmək üçün xalq hərəkatına başladı. Bu xalq hərəkatı nəticəsində “20 yanvar” hadisəsi də baş verdi, neçə-neçə azərbaycanlı şəhid oldu. Bunların hamısı müstəqillik uğrunda gedən mübarizə idi və ən nəhayə Azərbaycan xalqı buna nail oldu”. Bu sözləri SİA-ya açıqlamasında “Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib.

O, qeyd edib ki, Azərbaycan xalqının iradəsi, gücü, təsiri onların müstəqilliyini əldə etmək üçün kifayət qədər nailiyyətlər əldə olundu. “Lakin, o illərdə xalqın Azərbaycan Xalq Cəbhəsinə inamı var idi. Xalq hərəkatı lideri kimi Elçibəyi və onun ətrafını hakimiyyətə dəvət etdilər və Azərbaycan dövləti müstəqil dövlət kimi fəaliyyət göstərməyə başladı. Belə olan halda bu dövlətin aparıcı qüvvələri, rəhbərləri səriştəsizlikdən, bacarıqları olmamağından və yaxud bu siyasi məsələlərdə elə bir vəziyyət yaratdılar ki, hakimiyyət dövründə Azərbaycan xalqının əldə etdiyi müstəqillik demək olar ki, məhv olmaq ərəfəsinə gəldi. Bir tərəfdən Sadval təşkilatı Azərbaycanımıza təsirlər göstərirdi, digər tərəfdən Gəncə hadisələri oldu, Talış-Muğan Respublikasının yaradılması idi. Belə bir anarxiya tipli vətəndaş müharibəsi həddində proses gündəmə gəldi və o vaxt hakimiyyəti idarə edənlər çıxış yollarını hakimiyyəti atıb getməsi oldu. Bu da Azərbaycan xalqı üçün böyük bir təhqir, zərbə idi. Ona görə ki, xalq onlara etimad göstərmişdi və həmin çətin anda dövləti atıb getmək, göstərilən etimadı yerə vurmaq kimi məsələ idi. Belə bir məqamda “Səs” qəzetində 91 nəfər Ulu Öndər Heydər Əliyevə müraciət yazdı və bu insanlar Azərbaycan ziyalıları idi. O cümlədən ümumilikdə Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevin hakimiyyətə dəvət olunmasında gördü və belə də oldu. Heydər Əliyev Azərbaycana qayıdışında bir “ağsaqqallıq” missiyası ilə xalqı çətin vəziyyətdən xilas etmək üçün bütün səy və bacarıqlarını gündəmə qoydu və o vaxtda da dedi ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. Ulu Öndər Azərbaycanımıza qayıtdı və o qayıdışda da vətəndaş müharibəsi təhlükəsi yox oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB