“Ümummilli Lider milli və mənəvi dəyərlərimizə, bu dəyərlərin inkişafına misilsiz töhfələr veribdir” - İCRAÇI DİREKTOR ŞƏRH ETDİ
Qarşıdan Ümummilli Lider Heydər Əliyevin anım günü gəlir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Fondun icraçı direktoru qeyd edib ki, bu anım günü həm də xalqımızın qəlbində əbədi yaşayacaq Ulu Öndərin Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, Azərbaycanda kimliyin möhkəmləndirilməsi, ümumilikdə Azərbaycanın gələcəyi istiqamətində görüdüyü nəhəng işlərin bir daha xatırlanması günüdür.
“XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanımızın bu müstəqilliyinin qorunub saxlanması və inkişafında Heydər Əliyevin siyasi, iqtisadi, mədəni və s. baxımdan atddığı böyük addımlar xalqımızın zəngin milli və mənəvi dəyərlərinə söykənirdi. Ümummilli Lider qloballaşan dünyada bir xalqın öz kimliyini qorumasında qalxan rolu oynayan milli və mənəvi dəyərlərimizə böyük önəm verib, həm müstəqillikdən əvvəlki dövrdə, həm də müstəqilliyimizin bərpasından sonra bu məsələni daim yüksək diqqətdə saxlayaraq bu dəyərlərin inkişafına misilsiz töhfələr veribdir. Ulu Öndərin milli və mənəvi dəyərlərimiz sahəsində gördüyü fundamental işlər sayəsindədir ki, bu gün müstəqil Azərbaycan inamla və öz milli-mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirərək inkişaf edir”, deyə Mehman İsmayılov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB