Qalib dövlətin informasiya sistemi qalib dövlətin adına layiq olmalıdır - DEPUTAT

Qalib dövlətin informasiya sistemi qalib dövlətin adına layiq olmalıdır - DEPUTAT

“Media haqqında” qanun layihəsinin yaradılması zəruri idi. Çünki köhnə qanunun qəbul edilməsindən uzun zaman keçib. Artıq ölkədə yeni reallıqlar yaranıb. Odur ki, qalib dövlətin informasiya sistemi qalib dövlətin adına layiq olmalıdır”. SİA xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O, çıxışında mətbuat nümayəndələrinin attestasiyadan keçirilməsinin məqbul olacağını bildirib.

E.Nəsirov əlavə edib ki, jurnalistlərdən də bəziləri müəyyən yollarla bu peşəyə gəlib.

O qeyd edib ki, bu gün həm ölkədaxili, həm də beynəlxalq arenaya ölkə həqiqətlərini çatdıran kifayət qədər mətbuat nümayəndələri var: “Lakin beynəlxalq auditoriya üçün çalışan xarici dilli jurnalistlərə böyük təlabat var”, - deyə E.Nəsirov bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə