Brüssel görüşü öncəsi erməni təxribatları nəyə hesablanıb? - EKSPERT RƏYİ

Brüssel görüşü öncəsi erməni təxribatları nəyə hesablanıb? - EKSPERT RƏYİ

“Dünən baş verən təxribatlar Brüssel görüşünün baş tutmamasına və ya nəticəsiz qalmasına hesablanıb. Paşinyan bunda maraqlıdır mı? Yoxsa Üçtərəfli Bəyanatın digər üzvü? Düşünürəm hər kəsə aydındır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Moskva Qərbdə hər hansı nəticəli görüşə icazə verməyəcək: “Əgər bu dəfə Ermənistan ictimaiyyəti misal üçün "əsirlərin" Brüssel danışıqlarının nəticəsi kimi qaytarılmasını görərsə, bu birmənalı olaraq pro-rus qüvvələrinin də əhvalına təsir edəcək”.

Z.Məmmədov vurğulayıb ki, ümumiyyətlə, Rusiya Ermənistandan tez bir zamanda sərhədlərin delimitasiyası - demarkasiyası ilə bağlı addımlar və kommunikasiya yollarının açılmasını istəyir: “İrəvan isə, birinci məsələyə razılıq vermək istəmir, sərhədlə bağlı işçi qrupu belə yaradılmayıb. İkinci məsələ, Kommunikasiyalar isə onsuz da açılacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə