"Bu cür addımlar sosial həyatın yaxşılaşmasına öz tövhəsini verəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və onun ailə üzvlərinin Quba şəhərinə səfəri cənab Prezidentin bölgələrə səfərlərinin davamıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

​Onun sözlərinə görə, bu səfərin əhəmiyyəti onunla bağlıdır ki, bölgələrdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər görülsün, yəni mükəmməl, ardıcıl, davamlı kompleks tədbirlər görülsün: "Prezident İlham Əliyev Quba şəhərində bir sıra müəsisələrin, o cümlədən, Qubanın Nügədi kəndində inşa edilmiş 1 nömrəli məktəbin, Quba-Qonaqkənd avtomobil yolunun açılışında iştirak etmişdir. Bu həyata keçirilən layihələr onu göstərir ki, cənab Prezident bölgələrdə əhalinin rifahının yaxşılaşdırılması məsələsinə müxtəliftərəfli münasibət göstərir. İdman sahəsi istiqamətində, təhsil istiqamətində, yol-nəqliyyat strukturlarının inkişafı istiqamətində, əhalinin işlə təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Daim diqqət mərkəzində olan, təbiəti zəngin olan Quba kimi regionlarımızda dövlət qayğısı ilə inkişafın təmin olunması çox böyük bir maraqdır. Həmçinin Prezidentin Qubaya ailəsi ilə birgə səfəri onu göstərir ki, bölgələrdəki insanların, əhalinin həyatına öz ailə həyatı kimi yanaşır və o mənada bu çox önəmli və dəyərli addımdır. Güman edirəm ki, bu cür addımlar postmüharibə dövründə iqtisadiyyatımızın daha da inkişafına, sosial həyatın yaxşılaşmasına və ümumiyyətlə Azərbaycan xalqının həyat tərzinin müasir tələblərə uyğun şəkildə davam etdirməsinə öz tövhəsini verəcəkdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə