Prezident bütün bölgələrimizi diqqətdə saxlayır - DEPUTAT AÇIQLADI

“Ölkə Prezidenti cənab İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birgə dekabr ayının 6-da regionlara növbəti dəfə səfər etdilər. Bu dəfəki səfər Quba rayonuna idi və biz bu səfər çərçivəsində bir sıra vacib infrastruktur, istehsal və sosial obyektlərin açılışının şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, burada istehsal müəssisəsinin açılması və bununla da bağlı yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması və vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənmiş addım idi: “Digər bir tərəfdən avtomobil-nəqliyyat yolunun yenidən qurulmasından sonra açılması bu əlbəttə ki, həm vətəndaşlarımızın rahatlığına xidmət edəcək, həm də iqtisadiyyatın artmasına da töhfə verəcək. Mədəniyyət evinin açılması isə Azərbaycan xalqının mədəni, tarixi köklərinin olduğunu göstərir. Eyni zamanda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun növbəti layihəsi isə Qubada yeni bir məktəb binasının yenidənqurmadan sonra açılışının həyata keçirilib. Bu isə Azərbaycan gəncliyinin, şagirdlərimizin təhsil alması və daha yaxşı nəticə göstərməsi üçün mühüm bir addım idi”.

Millət vəkili fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təkcə 2021-ci ildə işğaldan azad edilmiş rayonlarımızda başqa 10-dan çox şəhər və rayonlara səfər etməsi onu göstərir ki, Azərbaycan doğurdan da güclü dövlətdir və Azərbaycanın hər bir bölgəsi inkişaf edir: “Bildiyimiz ki, 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük yenidənqurma və bərpa işləri aparılıb. Cənab Prezidentin bu səfərləri işğaldan azad olunmuş ərazilərimizdən başqa, bölgələrə səfərləri onu göstərir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə güclü iqtisadiyyat formalaşıb. Eyni zamanda təkcə işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işləri aparılmır, həmçinin digər bölgələrimiz də inkişaf edir. Bütün bunlar onu göstərir ki, hər bir bölgəmiz diqqətdə saxlanılır, bu inkişafdan da Azərbaycan xalqı, vətəndaşları bəhrələnirlər”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə