Ciddi qarşıdurma vəziyyəti yaranmayacaq - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Bayden-Putin görüşünün təfərrüatları ilə bağlı bir sıra məsələlər açıqlansa da, bir sıra əsas məsələlərlə bağlı müzakirələrin aparılacağı, müvafiq tapşırıqlar barədə ünsiyyət və təmasların davam etdiriləcəyinin vurğulanması onu göstərir ki, müəyyən qədər nəfəsalma prosesləri olacaq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, görüş fonunda iqtisadi stabilliyin qorunması və dünya birjalarında dəyişikliklərin olmaması bunu sübut edir. Bu onu göstərir ki, son zamanlar yaranmış geosiyasi gərginlik və təzyiq bugünkündən yüksək səviyyəyə qalxmayacaq. Təbii ki, görüşlə bağlı fərqli fikirlər mövcuddur. Hər bir geosiyasi qütb məsələni özünə uyğun şərh edir.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Burada söhbət sanksiyalardan kənara çıxmır. Sanksiyalar da prinsipi etibarı ilə hədə xarakteri daşıyır. Qənaətimə görə, vəziyyətin daha da gərginləşməsinə Qərb və ABŞ hazır deyil. Bir neçə ay zaman kəsiyində müəyyən stabilləşmə yaranacaq. Vəziyyət ilin əvvəlindəki durumla eyniləşəcək. Bundan sonrakı vaxtda vəziyyət ABŞ və Rusiya arasındakı anlaşmalardan və qərbin müttəfiqi olan Ukraynanın hərəkətlərindən asılı olacaq. Qərbin Ukrayna ilə bağlı sərt fikirlərinin boş olduğu göründü. Bu əvvəldən məlum idi ki, heç kim Ukrayna əvəzinə savaşmayacaq. Bundan sonra vəziyyətin ciddi qarşıdurma həddinə çatacağı gözlənilmir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...