Ermənistanın mina xəritələrini verməməsi NƏYƏ HESABLANIB? - EKSPERT RƏYİ

“Ermənistan tərəfindən mina xəritələri təqdim edilsə belə doğruluq ehtimalı çox aşağıdır. Qarşı tərəf bunu əllərində olan xəritənin bundan ibarət olduğunu deməklə məsələdən yayınmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloq qeyd edib ki, müharibə qaydalarına görə, basdırılan minalar xəritələrdə öz əksini tapır: “Bu həm qarşı tərəfə təqdim edilmək üçün, həm də həmin bölgədə müharibə bitdikdən sonra özlərinin təhlükəsizliyi üçün, eyni zamanda basdırılan minaların sonradan yerinin dəyişdirilməsi üçün mütləq şəkildə icra olunur”.

Z.Qarayeva vurğulayıb ki, Ermənistan tərəfi digər məsələlərdə olduğu kimi mina xəritələrində də sabotaja cəhd edir: “Düşünürəm ki, həmin xəritələrə qarşı yalnız 16 noyabr diversantlarının təhvil verilməsi düzgün addımdır. Qarabağda tutulan terrorçular daha ciddi məsələlərdə barter obyekti olmalı, o zamana qədər isə həmin diversantların taleyi ilə bağlı qərarın öz ölkəmizə aid olduğu mesajı verilməlidir. Qarabağ Azərbaycan ərazisi olduğu üçün həbs edilən cinayətkarların da taleyini Azərbaycan qanunvericiliyi müəyyən edə bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə