Bayden Putinin gözlərinin içinə baxaraq hədələdi

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında videokonfrans üsulu ilə keçirilən görüşdə başda Ukrayna olmaqla bir çox regional məsələlər müzakirə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşün ən diqqət çəkən detalı Baydenin Donbas böhranı ilə bağlı Putini hədələməsi olub. Görüşü dəyərləndirən ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan, Baydenin Putinin gözlərinin içinə baxdığını və 2014-cü ildə atmadıqları addımları indi ata biləcəklərini söyləyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə