Ermənistan heç bir formada müstəqil şəkildə qərar verə bilməz - POLİTOLOQ ŞƏRH ETDİ

“Brüssel görüşünün effektiv olmağı üçün mütləq Azərbaycanın digər işğaldan azad olunmuş bölgələrinin mina xəritələrinin verilməsi vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

“Əgər Brüssel görüşündə Avropa Şurası İttifaqının sədri Şarl Mişel həqiqətən effektiv bir görüntü yaratmaq istəyirsə və Brüssel görüşünün Soçi görüşü və Soçi bəyannaməsinin kölgəsinin arxasında qalmağını istəmirsə mütləq Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri Azərbaycana geri verilsin. Lakin bu məsələdə təbii ki, Rusiya da yaxşı başa düşürdü ki, Avropa Şurası Brüssel görüşünə qədər hansı nəticələri əldə etməlidir. Çünki, nəzərə alaq ki, bizim diktə etdiyimiz iki önəmli məsələdən biri sərhədlərin demarkasiya və delimitasiyasıdır. Digəri isə Zəngəzur dəhlizinin açılması məsələsidir ki, bununla bağlı artıq Azərbaycanla yanaşı həmin bəyanatın üçüncü qüvvəsi olan Putinin imzası ilə orada iştirak edən Rusiya dövləti də ortaya konkret mövqe qoymuşdur. Təbii ki, Rusiya tərəfi Brüssel görüşü yaxınlaşana qədər artıq bu prosesin baş verəcəyini bildiyi üçün öncəlikli addım ataraq mina xəritələrinin alınmasında da təşəbbüsü öz üzərinə götürdü.

Paşinyanın Rusiyada görüşü gözdən salmaq üçün Qərbdə hansısa yeni siyasi dələduzluqlar edəcəyini əvvəlcədən proqnozlaşdıra bilirdilər. Bu baxımdan düşünürəm ki, Rusiya təşəbbüsü ələ almaqla bir növ Paşinyan və onun havadarlarının Brüssel görüşündən olan gözləntilərini heçə endirdi və göstərdi ki, regionda siyasi hadisələrin bir çoxunda Rusiya hansısa bir addıma icazə vermədən Ermənistan heç bir formada müstəqil şəkildə qərar verə bilməz. Baxmayaraq ki, Ermənistan hakimiyyətində təmsil olunan Nikol Paşinyan və onun komandasının bütün üzvləri Qərbin siyasi institutları tərəfindən yetişdirilib”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...