Gədəbəyin Kiçik Qaramurad kəndində şəhid Mehtab Quluyevin məzarı ziyarət edilib FOTOLAR

06.12.2021-ci il tarixində Gədəbəy RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, YAP Gədəbəyə rayon təşkilatının Gənclər birliyinin üzvləri, Milli Məclisin deputatı Sevinc xanım Hüseynovanın köməkçisi Elxan İsmayılov, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Kiçik Qaramurad kənd sakini Quluyev Mehtab Ənvər oğlunun doğum günü münasibətilə məzarı ziyarət edildi, ruhuna dualar oxundu, ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid valideynləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə