Azərbaycan danışıqların dördlük formatında keçirilməsində maraqlıdır - PARTİYA SƏDRİ AÇIQLADI
“Dekabr ayının 15-də baş tutacaq Brüssel görüşündə Azərbaycanın Şərq Tərəfdaşlığı istiqamətində növbəti addım atmağı gözlənilir. Bu görüşdə biz müəyyən sənədlərin imzalanacağına ümid edirik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Avropa Şurasının prezidenti Şarl Mişel təklif etdi ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri görüşsün: "Bu görüşdə məsələ uzun müddətdir ki, Ermənistanın təxribatları nəticəsində pozulmuş dialoqu bərpa etməkdən gedə bilər. Amma Avropa Birliyinin belə bir real iş görmək imkanı yoxdur. Onlar sadəcə ATƏT-in Minsk qrupuna kömək edirlər. Bu da bizim maraqlarımıza qətiyyən cavab vermir. Azərbaycan danışıqların dördlük formatında keçirilməsində maraqlıdır. ATƏT-in Minsk qrupunun bu məsələyə müdaxilə etməsi ciddi problemlər yarada bilər. Çünki onlar qəti şəkildə Qarabağa status verilməsini təkid edirlər. Bu da bizim maraqlarımıza qətiyyən cavab vermir. Ona görə də hesab edirəm ki, bu görüş heçnəyi dəyişdirməyəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə