Azərbaycan XİN Finlandiyanı təbrik edib

Azərbaycanın Xarici işlər Nazirliyi Finlandiyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, təbrik mətni qurumun tviter səhifəsində dərc edilib.

"Finlandiya Respublikasının Müstəqillik Günü münasibətilə Finlandiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək, Finlandiya!", - qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə