Beynəlxalq təşkilatlar öz səylərini artırmalıdır - İRAD - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
"Mina xəritələrinin geri qaytarılması məsələsində Ermənistan manipulasiya ilə məşğuldur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana yetərincə təzyiq göstərmir. Minaların təmizlənməsi humanitar bir aksiyadır və bu məsələ tək Azərbaycan tərəfini narahat edən məsələ olmamalıdır.
Vüqar Əhmədov bu barədə fikrini belə izah edib: "Əgər müharibə başa çatıbsa dinc əhalini işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırmaq üçün birinci növbədə təhlükəsiz zona yaradılmalıdır və bu məsələdə də Ermənistan məsuliyyət daşıyır. Hesab edirəm ki, Ermənistanın özünün də güvəndiyi və hər dəqiqədə istinad etdiyi ATƏT və digər beynəlxalq təşkilatlar istəsələr mina xəritələrinin alınmasında nəticə əldə edə bilərlər. Düşünürəm ki, bu istiqamətdə beynəlxalq təşkilatlar öz səylərini artırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB