Ermənilər istəsə-istəməsə də bu dəhliz açılacaq - PARTİYA SƏDRİ AÇIQLADI

“Bildiyimiz kimi Ermənistan həm 10 noyabr 2020-ci il, həm 11 yanvar 2021-ci il tarixli bəyanatlarında müəyyən öhdəliklər götürmüşdü”. Bu sözləri SİA-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Onun sözlərinə görə, bu öhdəliklərdən biri də Azərbaycanın təkidli tələbi ilə kommunikasiyaların açılması məsələsi idi: "Bu Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi 1920-ci ildə Azərbaycan Kommunist Partiyasının xəyanətkar qərarı ilə Zəngəzurun böyük bir hissəsi Ermənistana verildi. Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında və Türkiyə ilə türk dünyası arasında da əlaqələr kəsilmişdi. 44 günlük Vətən müharibəsində Azərbaycan qalib gələrək Zəngəzur dəhlizinin açılmasını tələb etdi. Bu iqtisadi, siyasi, mədəni, humanitar baxımından Azərbaycana sərfəlidir. Eyni zamanda kommunikasiyaların açılması Ermənistanın blokadadan çıxmasına sərf edir. Kommunikasiyaların açılması eyni zamanda dünyanı da maraqlandırır. Bildiyimiz kimi “Bir kəmər, bir yol” layihəsi Zəngəzur dəhlizindən keçəcək. Ona görə də, ermənilər-istəməsə də bu dəhliz açılacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...