Prezident İlham Əliyev: ""Biz "peyvənd millətçiliyi"nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq" FOTOLAR

Bütün dünyanı əhatə edən koronavirus pandemiyasının qarşısını almaq və yoluxma sayını minuma endirmək məqsədi ilə Azərbaycanda təxrəsalınmaz tədbirlər davamlı olaraq həyata keçirilir. Əlbəttə ki, ölkəmizdə pandemiya ciddi nəzarət altında saxlanıldığından Azərbaycan "COVID-19"-la mübarizədə qabaqcıl ölkələr sırasındadır. Yoluxma hallarının aşkarlanması, xəstəliyin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi və s. məqsədilə geniş tədbilər reallaşıb. Bu günə qədər dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. "Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur", - deyə Azərbaycan Prezident İlham Əliyev Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı bildirib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi uğurla icra olunur. Artıq cari ilin noyabrın 28-də Azərbaycanda 26 min 530 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 863 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 852 min 512 nəfər təşkil edir.

Əlbəttə ki, Azərbaycan "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə ciddi səylər göstərərək qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. "Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib" – deyə Cənab Prezident bildirib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Dörd ölkəyə isə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır: "Biz "peyvənd millətçiliyi"nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir".

Azərbaycan peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb və qəbul edilib. Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi də mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir.

Cənab Prezident çıxışlarının birində davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyin narahatlıq doğurduğunu bildirmişdir: "Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür".

Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə