Azərbaycan Prezidentinin Soçiyə səfəri Rusiya mətbuatının gündəmindədir - FOTO

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, eləcə də Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü bu ölkənin mətbuatının gündəmindədir. SİA xəbər verir ki, Rusiya KİV-ə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafı, iki ölkənin liderlərinin qarşılıqlı etimada söykənən şəxsi münasibətlərinin bu əlaqələrin yüksələn xətlə irəliləməsinə müsbət təsirini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında Rusiyanın vasitəçilik rolunun vurğulandığı materiallarda Prezident İlham Əliyevin Ermənistan tərəfində qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşuluq münasibətlərini bərpa etmək təklifi ilə müraciətinə diqqət çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...