Danışıqların vacibliyi barədə PUTİN FİKİR BİLDİRİB

Danışıqların vacibliyi barədə PUTİN FİKİR BİLDİRİB

Rusiya lideri Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdə iştiraka görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana minnətdarlığını bildirib. SİA xəbər verir ki, Putin bu sözləri görüşün əvvəlində söyləyib və onun sözlərini Rusiyaya məxsus RİA Novosti Agentliyi sitat gətirib.

“İlk növbədə, dəvətə cavab verdiyinizə və il ərzində görülmüş işlərin bəzi nəticələrini yekunlaşdırmaq üçün Rusiyaya gəldiyinizə görə sizə təşəkkür etmək istərdim”, deyə Putin bildirib.

Rusiya dövlətinin başçısı qeyd edib ki, Qarabağ üzrə razılaşma əldə olunandan bir il sonra regionda heç bir böyük hərbi əməliyyat olmayıb. Prezident eyni zamanda vurğulayıb ki, bu gün bəzi problemlər həllini tapmamış qalır.

"Təəssüf ki, hələ ki, bütün məsələlər həllini tapmayıb. Sərhəddə baş verən hadisələrdən, hər iki tərəfdən insanların öldüyü və yaralandığı faciəli hadisələrdən xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edən məsələlərdir. Bunun üçün biz, başqa şeylərlə yanaşı, gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün bu gün toplaşmışıq. Amma ümumilikdə bir il ərzində çox işlər görülüb. Birincisi, heç bir irimiqyaslı hərbi əməliyyatlar aparılmır, bu, özlüyündə çox yaxşıdır”, deyə Putin qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə