Paşinyan indidən anklav məsələsindən imtina edir - MÜNASİBƏT BİLDİRİLDİ
"Ermənistanın 2020-ci il 10 noyabr kapitulyasiya aktına imza atdığı zaman anklavlar məsələsi də gündəmə salınmışdır. Lakin son anda bu məsələ gündəmdən çıxarılmışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Paşinyana jest edilmişdir ki, bütün bu razılaşmaların icrası üçün daxildən daha çox problemlə qarşılaşmasın deyə bu məsələ sonrakı görüşlərə saxlanılmışdır: "Yəni bu onu göstərir ki, Azərbaycanın əsas gündəmi bu kəndlərin qaytarılması məsələsidir. Hətta Paşinyan sonuncu mətbuat konfransında belə bir ifadə işlətmişdir. “Bu məsələ Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə olan 9 noyabr görüşünün gündəmində var idi”. Hətta belə informasiyalar da var ki, həmin görüşlə bağlı bəyanat hazırlanıbmış. Paşinyanın bu məsələni gündəmə gətirməsini daha cox daxili auditoriya üçün hesablandığını düşünürəm. Çünki həmin məsələ müharibədən sonra Ermənistanda Paşinyana qarşı ən böyük narazılıq yaradan problemdir. Hətta zaman-zaman bu kəndlərlə bağlı müəyyən təmasların olduğu da bildirilirdi. İndi isə Paşinyan bildirir ki, hüquqi baxımdan bu məsələni araşdırmaq lazımdır. Guya SSRİ dövrünə istinad edərək kolxozların birinə verdiyi pay torpağı kimi nəzərdə tutulduğunu bildirir. Əslində bu düzgün deyil. Yəni Paşinyanın belə deməsi daha çox daxili auditoriyası üçün hesablanıb. Çünki Paşinyanda bilir ki, bu kəndlər Azərbaycan kəndləridir və bu kəndlər 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub. Fikrimcə, bu cür çıxışla Paşinyan bir növ Ermənistanda ən çox narazılıq yaradan məsələlərə qarşı münasibətini ortaya qoyaraq ictimaiyyətə bildirir ki, mən bu məsələlərlə razı deyiləm. Amma bunun sonrakı dövrü var. Çünki sərhədləri müəyyənləşdirilmiş xəritələrə əsasən bu proses baş verəcəksə mütləq şəkildə o anklavların geri qaytarılması məsələsi gündəmdə olacaq. Nikol Paşinyan bu fikirdən indidən imtina edir və zamanı gəldikdə elə düşünürəm ki, yenidən Ermənistan tərəfi bu əraziləri verməmək üçün təxribatlar törətməyə çalışacaqlar. Paşinyan çıxışında özünü buna hazırlamaq üçün bu cür münasibət bildirmişdir. Bu kommunikasiyaların keçəcəyi yollar vardır ki, onlardan biri Qazax yoludur. Bu yol Qazağın Barxudarlı kəndidən keçir ki, həmin kənd anklavlardan biridir. Yəni bu yolun açılması üçün əvvəl o yolun taleyi həll edilməlidir. Əks təqdirdə münaqişələr yaranacaq. Əgər Ermənistan tərəfi yenə problemlər yaradarsa artıq bunun üçün Azərbaycan məcburetmə əməliyyatını hayata keçirməli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB