Bakıda QHT rəhbərlərinin iştirakı ilə tədbir keçirilir TƏDBİR - FOTOLAR
COJEP İNTERNATİONAL Avroasiya Koordinatorluğunun təşkilatçılığı və TİKA-nın dəstəyi ilə 21 noyabr 2021-ci il tarixində Bakıda ikinci “Vətəndaş Cəmiyyətinin Bacarıqlarının Gücləndirilməsi Proqramı” çərçivəsində tədbir keçirilir. SİA xəbər verir ki, tədbirə 100-dən çox Qeyri-Hökumət Təşkilatı qatılıb.
Tədbiri giriş sözü ilə açan COJEP Avroasiya ölkələri üzrə koordinatoru Nüşabə Məmmədova COJEP-in dünyanın beynəlxalq təşkilatları arasında yeri, COJEP Avroasiya ölkələri üzrə koordinatorluğunun fəaliyyəti və tədbirin əhəmiyyəti barədə danışıb.
Ardınca Türkiyənin Azərbaycandakı Səfiri Cahid Bağçı, TİKA Azərbaycan Koordinatoru Fatih Yılmaz, COJEP İNTERNATİONAL Prezidenti cənab Ali Gedikoğlu tədbirdə çıxış ediblər. Tədbirdə COJEP İNTERNATİONAL Prezidenti “Adil bir dünya üçün yeni modellər və sivil toplum” mövzusu ilə açılış konfransı edibdir.
Tədbir müzakirələrlə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB