YAP Qax rayon təşkilatının fəalları şəhid Asəf Ağayevin məzarını ziyarət edib

YAP Qax rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Şuşa fatehi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı şəhid Ağayev Asəf Abid oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət etmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etmişlər. Daha sonra partiya fəalları şəhidimizin ailəsinə baş çəkərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...