İrəvanda keçirilən aksiyalar və bundan çıxış yolları NƏDƏDİR? - POLİTOLOQ ŞƏRH ETDİ

İrəvanda keçirilən aksiyalar və bundan çıxış yolları NƏDƏDİR? - POLİTOLOQ ŞƏRH ETDİ

"İrəvanda tələbələrin etiraz aksiyaları keçirməsi siyasi tələblərdən kənar aksiyadır. Bu aksiyaların təşkilatçıları hansısa daxili siyasi məqsədlər güdmürlər və yaxud hansısa daxili siyasi məqsədlərlə çıxış etmirlər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, qeyd edib ki, onların əsas tələbi ondan ibarətdir ki, Paşinyan, indiki hakimiyyət hazırda Rusiya və Azərbaycan ilə bağlı aparılan danışıqların mahiyyətini cəmiyyətə açsın. Beləliklə, insanlar bu və ya digər şəkildə delimitasiya və demarkasiya prosesi hansı məcrada cərəyan edir, bundan xəbərdar olsunlar.

İlqar Vəlizadə bu barədə fikrini belə izah edib: "Yəni, aksiyanın təşkilatçıları, iştirakçıları qorxurlar ki, sərhədlər müəyyən olunanda məsələ Azərbaycanın xeyrinə həll olunacaq və Ermənistan müəyyən ərazi itkilərinə məruz qalacaq. Bu da ondan xəbər verir ki, cəmiyyət hələ də məsələlərin mahiyyətinə varmır. Cəmiyyət nəinki konkret məsələlərin, həmçinin, ümumi gedən proseslərin fərqində deyil. Paşinyan bu məsələni dərk etməli və cəmiyyətlə açıq danışmalıdır. Cəmiyyətlə açıq dioloq bu aksiyaların səngiməsinə gətirib-çıxara bilər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə