Goranboy rayonunda şəhidlər bulağının açılış mərasimi keçirilib - FOTOLAR

Goranboy rayonunda şəhidlər bulağının açılış mərasimi keçirilib - FOTOLAR

Goranboy rayonu Düzqışlaq kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən şəhidlər bulağının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ağsaqqalları, şəhid ailələri iştirak edib.

Açılış mərasimində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı qələbəsilə başa çatan Vətən müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarət hissilə qeyd olunduğu, dövlət başçımızın və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğı ilə yanaşdığı vurğulanıb.

Sonda şəhid anaları və sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə