"Azərbaycan beynəlxalq təşkilatlara müraciət etməlidir" - POLİTOLOQ MÖVQE BİLDİRDİ
"Ümumiyyətlə, Ermənistan 10 noyabr bəyannaməsinin bir neçə bəndini yerinə yetirmir". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, həmçinin, ikitərəfli hümanitar missiya olan əsirlərin qaytarılması və mina xəritələrinin Azərbaycana qaytarılması məsələsi buna açıq misaldır. Azərbaycana verilən xəritələr yalan çıxdı. Təbii ki, bu, Ermənistanın Azərbaycana qarşı terrorunun nəticəsidir.
Məhəmməd Əsədullazadə bu barədə fikrini belə izah edib: "Düşünürəm ki, Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir. Ermənistan tərəfi hələ də Azərbaycan mina xəritələrini vermir. Bu özü sülh prosesinə maneə olmaq deməkdir. Ermənistan bununla Azərbaycan tərəfinin itki verməsində maraqlıdır. Ona görə də, düşünürəm ki, Brüsseldə dekabrda keçiriləcək görüşdə mütləq bu müsələ öz həllini tapmalıdır. Ermənistan mütləq mina xəritələrini Azərbaycana verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB