Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı ağacəkmə aksiyası keçirib FOTOLAR
YAP Ağdaş rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümü münasibətilə rayonun Heydər Əliyev parkında ağacəkmə aksiyası keçirib. Ölkəmizdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına hər zaman xüsusi diqqət yetirilmişdir. Bu gün dövlətimizin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Ağdaş rayonunda da uğurla həyata keçirilir. YAP Ağdaş rayon təşkilatı da müntəzəm olaraq bu işə öz töhfəsini verir. Keçirilən ağacəkmə aksiyasında rayon təşkilatının gənc fəalları və könüllüləri iştirak ediblər. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə həyata keçirilən aksiyada müxtəlif ağac tingləri əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Bu tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Rayon təşkilatı tərəfindən bu cür aksiyaların Ağdaş rayonunun ərazisində keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.
Zümrüd Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB