İrəvanda aksiyalara başlandı: ermənilər yeni müharibə istəyirlər? ŞƏRH+FOTOLAR

İrəvanda aksiyalara başlandı: ermənilər yeni müharibə istəyirlər? ŞƏRH+FOTOLAR

Başqa cür olanda isə artıq günahı da Azərbaycanda axtarmamalıdırlar bu isə faktdır!

2020-ci ilin noyabrında imzalanmış və Ermənistanın kapituliasyia aktı kimi tarixə düşmüş üçtərəfli bəyanatdakı şərtlərin düşmən tərəfindən icra olunmaması ilə yanaşı, ölkənin bir sıra ictimai-siyai adamları, eləcə də KİV nümayəndələri 22 noyabrın səhər saatlarından başlayaraq İrəvanın müxtəlif küçələrinə tökülüşüblər və onlar Ermənistan hakimiyyətinə qarşı tələblər irəli sürürlər.

SİA xəbər verir ki, aksiyalar haqqında məlumat verən “Sputnik Armeniya” saytı küçələrə çıxan aksiyaçıların hökumətdən Sünikdə (Zəngəzurda) “milli maraqların müdafiəsini” tələb edirlər. Bir neçə küçələrdə isə gediş-gəliş yollları ümumiyyətlə bağlanılıb. Aksiya təşəbbüskarlarının siyasi partiyaların və ictimai təşkilatların olduğu bildirilir.

Daha əvvəl Zoqrabyan özünün Facebook səhifəsində “azadlıq hərəkatına” başlanıldığını bildirmişdi

Adıçəkilən sayta açıqlama verən “Zartonk” (Dirçəliş) partiyasının sədri, vəkillər palatasının sabiq rəhbəri Ara Zoqrabyan və onun tərəfdarları aksiyalarını İrəvanın Arşakunyants prospektində keçirirlər. Daha əvvəl Zoqrabyan özünün Facebook səhifəsində “azadlıq hərəkatına” başlanıldığını bildirmişdi və məqsədlərinin erməni maraqlarına zidd olan sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxmaq, eləcə də imzalanacaq sənədlərin ictimailəşdirilməli olduğunu yazmışdı. Onun sözlərinə görə hərəkatın iştirakçıları hakimiyyətdən “Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək” tələbini irəli sürürlər.

Açıq-aşkar revanşçılıq hissini əks etdirən bu kimi aksiyada çıxış edən erməni partiya sədri bir az da irəliyə gedərək həyasızlıqla Zəngəzurdan başlayaraq Qarabağa qədər “təhlükəsizliklərinin təmin olunmasını” tələb edir.

O, aksiyalarının davamlı olacağını və tələblərinin yerinə yetiriləcəyi vaxta qədər uzanacağını bildirib.

Aksiya iştirakçıları İrəvanın “Respublika” meydanında piket keçirəcəklərini bildirirlər

İrəvanın Myasnikyan prospektində isə səhər saatlarından yollar bağlanıb. “Kamk” (İradə) hərəkatının lideri Vaaqn Çaxalyan və “Sasna srer” qrupunun üzvü Pavlik Manukyan, eləcə də aksiya iştirakçıları erməni xalqını Ermənistanın maraqlarını qorumağa çağırırlar. Onlar əllərində “Mən əhəmiyyətsiz deyiləm”, “Mən müdafiəsiz deyiləm” şüarlar yazılmış plakatlar tutublar.

Jurnalist və ictimai fəal Nairi Oxikyan və tərəfdarları isə “Qələbə” körpüsü üzərində etiraz aksiyalarını keçirirlər. Onlar Zəəngəzur dəhlizinin açılmasına qarşı şüarlar səsləndirirlər. Polis nümayişçiləri ərazidən uzaqlaşdırır. Aksiya iştirakçıları İrəvanın “Respublika” meydanında piket keçirəcəklərini bildirirlər.

“5165” hərəkarının rəhbəri Karin Tanoyan da eyni tələblərlə küçəyə çıxıb və tərəfdarları ilə İrəvanın mərkəzində aksiyalar keçirəcəklərini sosial şəbəkədə yazıb.

Bütün bu kimi aksiyalar və etirazlar isə müharibədən ağır məğlubiyyətlə çıxmış erməni xalqını daha pis situasiyalara doğru sürükləyir.

Ermənilərə vaxt verilib və onlar həmin vaxtdan öz ölkələri və gələcəkləri naminə doğru nəticələr çıxarmalıdırlar

Söz yox ki, üçtərəfli bəyanatda əks olunan bəndlərin hər biri icra edilməlidir və əks halda Ermənistanı daha ağır vəziyyətlər gözləyəcək. Daha dəqiq desək, revanşçılıq və qisas hissi ilə ortaya düşən bu kimi sözdə ictimai-siyasi xadimlər əslində müharibə tələbləri ilə çıxış edirlər və bu aksiyalara başqa cür ad da vermək olmaz. Hər halda, ermənilərə vaxt verilib və onlar həmin vaxtdan öz ölkələri və gələcəkləri naminə doğru nəticələr çıxarmalıdırlar. Başqa cür olanda isə artıq günahı da Azərbaycanda axtarmamalıdırlar bu isə faktdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə