YAP Kəlbəcər rayon təşkilatında partiyanın təsis olunmasının 29-cu İldönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

YAP Kəlbəcər rayon təşkilatında partiyanın təsis olunmasının 29-cu İldönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

YAP-ın təsis olunmasının 29-cu ildönümü münasibətilə Kəlbəcər rayon təşkilatında "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır" mövzusunda konfrans keçirildi. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü tər gül-çiçəklərlə ziyarət etdilər. Tədbir mədəniyyət sarayının akt zalında davam etdirildi. Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş YAP üzvlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Konfransı giriş sözüylə açan YAP rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən geniş bəhs etdi.Tədbirdə çıxış edən fəal partiya üzvü Əli Bağırov 44 günlük Vətən Müharibəsində əldə olunan qələbədə YAP-ın rolundan danışdı. Çıxış edənlər YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Şəlalə Məmmədova, Böyük Vətən Müharibəsi iştirakçısı, YAP üzvü Hikmət Şahmuradov, Mədəniyyət şöbəsi İlk partiya təşkilatın sədri Akif Bayramov tədbir iştirakçılarını təbrik edərək partiyanın ölkədə apardığı daxili və xarici siyasətdən danışdılar. Tədbirdə bir qurup YAP fəalları diplomlarla təltif olundular. Konfransda iştirak edən Rayon İcra Hakimiyyətinin məsul işçisi Heydər Bəylərov royon rəhbərliyinin salamlarını iştirakçılara çatdırdı vərayon təşkilatına gələcək işlərində uğurlar arzuladı. Konfransın yekununda Qənaət Əsgərov YAP-ın vıı qurultayından irəli gələn məsələləri və qarşıya qoyduğu tapşırıqları iştirakçıların nəzəzrinə çatdırdı və onların hər birini bundan sonra daha fəal olmağa, Partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırdı.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə