YAP Laçın rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

YAP Laçın rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib FOTOLAR

YAP Laçın rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbirdən öncə Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, ilk partiya təşkilat sədrləri və partiya fəallarının iştirakı ilə Laçın rayon icra hakimiyyəti qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ehtiramla ziyarət edilmiş və abidə önünə tər güllər düzmüşlər. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda agacəkmə kampaniyası keçirmişlər. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda keçirilən videokonfransda Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Mahir Abbaszadə, ərazi ilk partiya təşkilat sədrləri və sədrin müavinləri, YAP Laçın rayon təşkilatının fəalları, rayon ziyalıları, gənclər iştirak etmişdir. Konfrans işinə başlamazdan öncə Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfrası giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasov partiyanın yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat verərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola diqqət çəkmiş, bu gündə Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən mütəşəkkil təşkilatına çevrildiyini bildirmişdir. Konfransda digər çıxışçılarla yanaşı Milli Məclisin deputatı Mahir Abbaszadənin çıxışında zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatlarından biri olan Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını, yenicə bərpa edilmiş dövlət müstəqilliyimizi itirilmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edən, tariximizə Ulu öndər Heydər Əliyevə ünvanladıqları “91-lər”in müraciəti” kimi düşən əslində bu müraciətin bütün xalqın arzu və istəklərinin ifadəsi olduğunu bildirilmişdir.

Konfransda çıxış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirilmişdir ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdirərək, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi ki, 2003-cü ildən isə bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilmişdir. Bununla yanaşı, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxışında xalqımız bu günlər Yeni Azərbaycan Partiyasının sədri, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun bir il əvvəl 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində şanlı Zəfərinin birinci ildönümünü sevinc və iftixar hissi ilə qeyd etdiyini bildirərək xalqımıza bu sevincli qürurlu anları yaşatdığına görə bütün laçınlılar adından Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. Sonda konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibəti ilə Partiyanın Sədri İlham Əliyevə və Partiya Sədrinin Birinci müavini Mehriban xanım Əliyevaya təbriklərini çatdırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə