Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün baş tutacağına əminəm - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün baş tutacağından əminliyini bildirib. SİA-nın məlumatına görə, nazir bunu bu gün Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə birgə mətbuat konfransında deyib.
"Siz demisiniz ki, Kreml mümkün üçtərəfli görüş üçün konsensusun lazım olduğunu vurğulayır. Mən də təsdiq edə bilərəm ki, konsensusun olması üçün tərəflərin bununla razılaşması lazımdır. Mən əminəm ki, bu görüş baş tutacaq" - deyə, S.Lavrov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB