İsmayıllıda YAP-ın yaradılmasının 29-cu ildönümü qeyd olunub FOTOLAR
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasından 29 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova çıxış edərək, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Sevil Əhmədova diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu.
İsmayıllı Peşə Tədrisi Mərkəzinin Direktoru Zaur Muradov, İsmayıllı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Hafiz Kərimov, veteran partiya üzvü Yaşar Nuriyev, İvanovka kənd İƏD-si üzrə nümayəndəsinin müavini Olqa Radayeva, Topçu kənd tam orta məktəbinin direktoru Xavər Allahverdiyeva çıxış edərək, Ulu Öndər Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı Cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB