“Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin çox keşməkeşli bir zamanında yaranıb. Bu elə bir zamandır ki, Azərbaycan həmin vaxt ölüm-qalım mübarizəsi ərəfəsində idi. Azərbaycan tamamilə dünya coğrafiyasından silinmək təhlükəsi qarşısında idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, belə bir zamanda Azərbaycan ziyalıları öz imzası ilə Ulu Öndər Heydər Əliyevə məktub ünvanladı: “Bu məktub Azərbaycan sizin gəlişinizi gözləyir imzalı bir məktub idi. Bundan sonra Naxçıvanda Yeni Azərbaycan Partiyasının ilk özəyi yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə bu partiyaya çox sayda ölkənin tanınmış ziyalıları, siyasətçiləri qatıldı. 29 il ərzində Yeni Azərbaycan Partiyası bütün sınaqlardan alnıaçıq çıxaraq Azərbaycan ictimaiyyətində, siyasətində öz sözünü deməyi bacaran və milyonlarla insanı öz arxasınca aparmağı bacaran böyük bir təşkilata çevrildi”.
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün bu partiyanın sıralarında ölkəmizin çox əhəmiyyətli isimləri var: “YAP bu gün sadəcə Azərbaycanda deyil, ümumilikdə bölgədə, dünyada ictimai-siyasi fəallığı, hadisələrə zamanında sirayət etmək bacarığı, öz sözünü demək imkanları ilə liderlə bir yerdə gəlir. Təsadüfi deyil ki, bu gün Azərbaycan əhalisinin böyük bir hissəsi bu partiyanın ətrafında birləşir. Bu da YAP-a olan etimadın, etibarın və sevginin təzahürüdür”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB