YAP Qobustan rayon təşkilatının fəalları şəhidin məzarını ziyarət ediblər
Qobustan rayon icra hakimiyyətinin rəhbərliyi,YAP Qobustan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri rayonun Nabur kəndində Vətən Müharibəsi şəhidi Mayılov Murad Gülümxan oğlunun məzarını ziyarət edib. Ziyarətçilər “Vətən uğrunda”, “Xocavəndin və Füzuli azad olunmasına görə” medalları ilə təltif olunmuş Mayılov Murad Gülümxan oğlunun məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib ruhuna dualar oxumuşlar. Tədbirdə çıxış edənlər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq Vətən müharibəsindəki Zəfəri ölkəmizin çoxəsrlik tarixinə yazılan şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib, düşmən üzərində qazanılmış böyük hərbi nailiyyətin iştirakçılarının daima sayğı və iftixarla xatırlanacağını bildirmişlər. Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB