"Bir çox iri layihələrdə Azərbaycan və Türkiyə təmsil olunacaq” - DEPUTAT AÇIQLADI
“Bildiyimiz kimi hər birimizin Azərbaycanın müstəqillik elan etdikdən sonra Azərbaycan müstəqil siyasət yürütməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Raml Həsən deyib.
Onun sözlərinə görə, bu gün cənab Prezident İlham Əliyev uğurla bu siyasəti ən yüksək zirvəyə qaldırıb: “Şübhəsiz ki, belə bir müstəqil xarici siyasət kursunun strategiyasının mövcudiyyəti bir çox dairələri, o cümlədən bölgə ilə maraqlı olan ölkələri və həmin ölkələrin içərisindəki digər qüvvələri narahat etməkdədir. Bu baxımdan ABŞ prezidenti Co Baydenin təşəbbüskarı olduğu “Demokrasiya sammiti”də Azərbaycan və qardaş Türkiyənin dəvət edilməməsi əslində labüd bir hadisədir. Bunun səbəbi son dövrlərdə lider olaraq cənab Rəcəb Tayyib Ərdoğanın Türkiyənin müstəqil, güclü, qüdrətli dövlətə çevirmək üçün atdığı addımlar və buna nail olması, bölgədə müstəqil siyasət yürütməsidir. Eyni zamanda bununla bərabər Azərbaycan dövlətinin 30 illik bütün beynəlxalq təşkilatların vermiş bəyanatlara baxmayaraq Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunmaması və nəticədə qəhrəman, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və mükəmməl sərkərdəliyi sayəsində beynəlxalq hüquq normaları çərçivəsində torpaqlarını düşmən tapdağından azad edilməsi Fransa və ATƏT-in Minsk qrupunu ciddi şəkildə narahat etdi. Ona görə də bu prosesin davamı kimi bu sammitdə də Azərbaycan və Türkiyənin iştirak etməməsi əslində normal bir prosesdir. Bu da bir daha Azərbaycan və Türkiyə dövlətinin müstəqil siyasət yürütdüyünü və bu müstəqil siyasətə hörmət edən beynəlxalq təşkilatlar və ölkələrlə bərabərhüquqlu münasibətlər yeritdiyinin təzahürüdür. Əminəm ki, gələcəkdə bu mövqe müsbət mənada başqa ölkələr tərəfindən nəzərə alınacaq və bundan sonrakı bir çox iri layihələrdə Azərbaycan və Türkiyə təmsil olunacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB