Sərhədlərin delimitasiyası, demarkasiyası, ərazi bütövlüyünün tanınması, sülh sazişi kimi qarşıda həlli vacib məsələlərin olduğu halda, bir-birinin ardınca Ermənistanın təxribatlara əl atması, yenə də işğalçı siyasət yürütmək niyyəti həm təəssüf, həm də təəccüb doğurur. Çünki, işğalçılıq siyasətinin, təxribatçılıq əməllərinin Ermənistana gətirdiyi bəlaların, bu ölkəni fəlakətə sürüklədiyinin hər bir erməni artıq şahididir və təxribatçı, işğalçı hərəkətlərinin ardınca 44 günlük müharibənin məntiqi nəticəsi olan rüsvayçı məğlubiyyətlərinin, tamamilə süquta uğrama astanasında olmalarının fonunda ermənilərin yenə də təxribatlara, işğala meyilli, maraqlı olmaları həqiqətən də çox təəccüblüdür.
Tarixi faktlar da təsdiq edir ki, ermənilər, daha dəqiq desək, haylar hər zaman torpaq iddiasında, bu iddia ilə də həmin köçəri tayfa vətən arzusunda olublar və arzularına çatmaq üçün bu “vətənsizlər” dəridən-qabıqdan çıxıblar. Harada məskunlaşmalarından asılı olmayaraq qısa zaman fasiləsində həmin əraziləri özününküləşdirmək niyyətləri də bu hayları, indi özlərini erməni adlandıranları zaman-zaman fəlakətlərə sürükləyib. Məsələ burasındadır ki, indi məskunlaşdıqları, öz dövlətlərinin ərazisi kimi dünyaya bəyan etdikləri Azərbaycan torpaqları belə bu “vətənsizlər” üçün azlıq edib və hələ də Azərbaycanın ərazilərindən gözlərini çəkə bilmirlər, nəfslərinə sahib dura bilmirlər, hansıki bu onlara neçənci dəfədir ki, baha başa gəlir. Ötən əsrin əvvəllərində də, sonunda da belə bir işğalçılıq siyasəti yürütməyi ermənilər məqbul hesab etdilər və hər ikisinin də nəticəsi bu köçəri hay toplumuna ağır nəticələrlə yadda qaldı. Amma, görünür haylar nə nəticə çıxarmaq, nə də “ağıllanmaq” niyyətində deyillər və bunları öz bildikləri, anladıqları şəkildə başa salmaq, bunlara öz əməllərinə adekvat şəkildə cavab vermək gərəkir.
Ermənilərin təxribatlara bu ağır və acınacaqlı vəziyyətlərində də əl atacaqları təəccüblü göründüyü kimi, əslində, həm də gözlənilən idi. Çünki, sərhədlərin delimitasiyası, demarkasiyası, Zəngəzur dəhlizinin açılması kimi qarşısı alınmaz prosesləri həzm etmədikləri, bu proseslərə mane olmaq üçün hansısa fitnə törədəcəkləri əvvəlcədən proqnozlaşdırıla bilməyən məsələ deyil. Əksinə, bilmək lazımdır ki, delimitasiya və demarkasiya məsələləri, Zəngəzur dəhlizinin açılması sonda sülh sazişinə aparan yoldur və bu yolda maneçilik yaratmaq erməni əsillilərin hər zamankı şakəri, ənənəsi olub. Elə bu rakursdan da məsələyə yanaşmaq daha doğrudur və şübhəsiz ki, Ermənistan bütün səylərini toplayaraq, sərhəddə vəziyyəti gərginləşdirərək, sülh danışıqlarına mane olmağa çalışır və bu əməlləri hələ bundan sonra da gözləniləndir. Bir sözlə, erməni xislətini, mahiyyətini və maraqlarını nəzərə alaraq, daim Ermənistan tərəfinin müvafiq addımlarına, təxribatlarına hazırlıqlı olmaq lazımdır.
Nəzərə almaq lazımdır ki, ermənilərin təxribatlarının arxasında üçüncü qüvvələrin olması təkzibedilməzdir. Məsələn, Rusiyanın vasitəçilik missiyası fonunda Ermənistan hakimiyyətinin “xeyir-dua” almadan hərəkət etməsi inandırıcı görünmür və ermənilərin buna hünəri belə çatmaz. Əgər, erməni silahlıları sərhəddə, rus sülhməramlılarının olduğu yerlərdə təxribatlara əl atmağa cəsarət edirlərsə, deməli, ya sifariş yerinə yetirirlər, ya da təxribat törətmək üçün icazələrini alıblar. Rusiyanın belə bir sifariş vermə ehtimalı da az deyil, çünki türkdilli dövlətlərin İstanbulda VIII Zirvə görüşü, ələlxüsus Türk Dövlətləri Təşkilatının 2040-cı il hədəfləri rusların ürəyincə ola bilməz və ermənilərin böyük qardaşları bundan qıcıqlanaraq işğalçı rejimi təxribatlara təhrik edə, yaxud qanunsuz əməllərinə icazə verə bilərlər. Ən azından onu deyə bilərik ki, istər Qarabağda, istərsə də sərhəddə baş verənlərdən Rusiya xəbərdardır. Sadəcə, ruslar buna göz yuma, özlərini bilməməzliyə vura bilərlər, amma bu sadalananları təkzib etmir. Bu fikrin təsdiqi olaraq onu da nəzərə çatdırmaq yerinə düşərdi ki, təxribat törədən Ermənistan tərəfi Azərbaycanın adekvat addımlarını, cavab reaksiyasını, əks həmləsini və onun ermənilər üçün acınacaqlı nəticələrini gördükləri, buna bir daha əmin olduqları zaman dərhal rus qardaşlarına, Rusiyaya onları vəziyyətdən çıxarmaq üçün yalvarmağa başladılar və bu heç də səbəbsiz deyildi. Ermənilərin ilk olaraq Rusiyaya üz tutması, kömək istəməsi də təsdiq edir ki, onlar sifarişi, yaxud icazəni məhz böyük qardaşlarından, ruslardan alıblar. Yəni, bu dəfə də ruslar onları bir marionet kimi alət ediblər.
Qafqaza yerləşdikləri 200 ildən bəri və Ermənistan dövləti yarandığı gündən bu zamana qədər ermənilərin başqaları tərəfindən həm idarə, həm də istifadə olunduğu heç kim üçün sirr deyil və bunu ermənilər özləri də yaxşı bilirlər, hətta bəziləri etiraf da edirlər. Hər zaman ermənilərin başqalarının siyasi hədəflərinin əlaltısı olduğu dəfələrlə öz təsdiqini tapıb. Ermənistanın daxilində baş verən proseslərdə belə bunu müşahidə etmək olar ki, ermənilər kimlərinsə siyasətinə alət olaraq istifadə olunub. Hətta birinci Qarabağ savaşı belə təkcə Ermənistanla Azərbaycan arasında həyata keçirilən bir müharibə deyildi və kimlərinsə, hansısa qüvvələrin maraqlarına xidmət etdiyi bəlli idi. Bu müharibənin ermənipərəst güclərin vəsaitləri, onların silahlı qüvvə və texnikaları ilə aparılması da məntiqi şəkildə bunu təsdiq edir. Təsdiq edir ki, ermənilər idarə olunan, alət kimi istifadə olunan marionetlərdir.
İmperialist, ermənipərəst qüvvələr, bölgəyə sülhün və sabitliyin gəlməsini istəmirlər. Onlar Azərbaycanın da, Türkiyənin də, hətta Ermənistanın da özlərindən asılı olmasını, sözlərindən çıxmayacaq bir şəkildə yaşamalarını istəyirlər, amma Ermənistan istisna olmaqla buna nail ola bilmirlər. Ələlxüsus, Azərbaycanın və Türkiyənin milli maraqlara cavab verən müstəqil siyasət yürütdüyünü müşahidə edən qüvvələrin qıcıqlandığı da özünü biruzə verir. Özü də erməni təxribatlarının fonunda bunu görmək çətin deyil. Həmin qüvvələr Rusiyada baş tutacaq zirvə görüşündən, Nikol Paşinyanın və erməni xalqının sabitliyə, Zəngəzur dəhlizinin açılmasına razılaşacağından, Azərbaycan və Türkiyə ilə atəşkəs anlaşmasının sülh razılaşmasına doğru getməsindən narahatdırlar ki, onlar bunu heç zaman gizlədə də bilmirlər. Bu da onları söz edir ki, yenə ermənilərdən alət kimi istifadə etsinlər, bölgədə qarışıqlıq yaratsınlar.
Azərbaycanın yürütdüyü siyasət, İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşünün baş tutması, 2040-cı il, eləcə də 2022-ci il, 2026-cı il hədəfləri yönündə hər sahədə ortaq əməkdaşlıq, göstərilən əzm və qətiyyət bir çoxlarının yuxusunu ərşə çəkib. Türkdilli dövlətlərin birliyini, bu birliyin getdikcə daha da möhkəmləndiyini gördükcə bəzi qüvvələrin kürkünə birə düşür. Bir çox ermənipərəst qüvvələrdən tutmuş, bölgədə maraqları olan güclərə qədər heç biri türkdilli dövlətlərin getdikcə daha da qüvvətlənəcəyini həzm edə bilmirlər. Xüsusən, nə Azərbaycandan, nə də Türkiyədən istifadə edə, bu ölkələri alət edə bilməmələrinə, öz yolundan döndərməyi bacarmamalarına görə, onlar öz əlaltılarını, erməniləri alətə çevirir, Qarabağ klanından və bu klanın ordu içərisindəki adamlarından istifadə edərək təxribatlar törədirlər. Nəzərə almaq lazımdır ki, istər erməni diasporu və istərsə də Ermənistanın daxilində maraqları alt-üst olan Xocalının əliqanlı qatilləri yeni duruma, Azərbaycanın yaratdığı yeni reallıqlara hələ də alışa, bununla barışa bilmirlər və belə bir ab-hava bölgədə vəziyyəti öz xeyrinə dəyişmək istəyən, bölgədəki proseslərdən kənarda qalan, amma proseslərə qatılmaq, iştirakını təmin etmək istəyən qüvvələr üçün münbit şərait hesab olunur. Həmin o qüvvələrin də alətinə yalnız ermənilər çevrilirlər və Ermənistan tərəfinin təxribatlarında bu da özünü dərhal biruzə verir.
Təbii ki, kimlərin oyunlarına alət olmalarından asılı olmayaraq ermənilərin, erməni diasporunun, lobbisinin, ümumilikdə işğalçı ölkənin bütün hərəkətləri daim nəzarətdə saxlanılmalı, izlənilməli və müvafiq qabaqlayıcı tədbirlər belə görülməlidir. Ələlxüsus, 10 noyabr razılaşması çərçivəsində müəyyən bir planda olan məsələlərlə bağlı nəzarət gücləndirilməli, qabaqlayıcı diplomatiya və hərbi tədbirlərin sayı artırılmalıdır ki, acınacaqlı nəticələrə səbəb ola bilən hadisələrlə qarşılışılmasın. Ermənistan tərəfindən təxribatlar törədilməyə davam edəcəyi təqdirdə, adekvat addımlar atılmalıdır. Hətta, Araik kimi separatçıların əhaliyə silahlanma çağırışı, yaxid ermənilərin terrorçu əməlləri fonunda Azərbaycan Laçın dəhlizini belə bağlaya bilər ki, bunun qarşısı alınsın. Ölkəmizin buna hüququ da çatır, çünki Azərbaycan öz ərazilərini terrorçulardan, separatçılardan təmizləmək hüququnu özündə saxlayır və bu istiqamətdə görüləcək tədbirlər də məhz terrorçuluqla mübarizə olaraq əsaslandırıla bilər.
Artıq çoxdan bəlli olub ki, Ermənistan delimitasiyadan, demarkasiyadan boyun qaçırmaq niyyətindədir. Ermənilərin sülh sazişindən yayınmaq istəkləri də heç kim üçün sirr deyil. Maraqlıdır, əgər Ermənistan delimitasiyadan, demarkasiyadan boyun qaçırmaq, nəticə etibarı ilə sərhədlərimizi tanımaq istəmirsə, niyə Azərbaycan Ermənistanın sərhədlərini tanımalıdır? Əgər Ermənistan tarixən Azərbaycana məxsus olan torpaqların sərhəddini keçirsə, niyə Azərbaycan öz tarixi torpaqları olan, amma sonra məlum tarixi hadisələrin fonunda Ermənistan ərazisi kimi tanınan torpaqların sərhəddini keçməməlidir? Ermənistan təxribatlardan, işğalçılıq siyasətindən əl çəkmirsə, mövqelərini bizim torpaqlarımızda irəli çəkmək istəyirsə, niyə Azərbaycan Ermənistan postlarını ələ keçirə-keçirə irəli getməsin? Onsuz da həmin torpaqlar tarixən Azərbaycan torpaqları olub. Bəlkə bundan sonra kimsə üzündə üz tapıb, cəsarət edib, özünə haqq qazandırıb Azərbaycan əsgərinin irəli getməsinə etiraz etmək istəyə bilər? Yoxsa yenə də beynəlxalq hüququ ortaya atmağı düşünənlər, buna ümid edənlər var? Beynəlxalq hüququ bayraq etmək istəyənlərdən, bununla əsgərlərimizin antiterror əməliyyatının qarşısını almaq istəyənlərdən əvvəla soruşulmalıdır ki, onlar ötən əsrin sonlarında niyə Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarına hücum etdiyi, işğal etdiyi zaman beynəlxalq hüququ yada salmırdılar, bunu bayraq etmirdilər? Beynəlxalq hüquq yalnız Azərbaycan tərəfinə şamil edilmək üçün nəzərdə tutulubmu? Digər tərəfdən, Azərbaycan əsgərinin irəli getməsinə etiraz etməyə çalışan, burada beynəlxalq hüququ ortaya atanlar bilməlidirlər ki, Azərbaycan əsgəri Zəngəzurda, Göyçə istiqamətində irəliləyərsə, kimlərinsə torpaqlarında, ərazilərində deyil, öz vətən torpağında irəliləmiş olacaq və bunun nə kimsəyə dəxli yoxdur, nə də beynəlxalq hüquqa.
Ermənistan, erməni lobbisi, ümumilikdə bütün ermənilər kimlərininsə aləti, yaxud marianetidir, amma bu onlara əsas vermir ki, Azərbycanın hüquqlarını tapdalasın, torpaqlarımıza iddialı olsun, işğal etmək niyyətinə, arzusuna düşsünlər. Kimlərinsə alətinə, marionetinə çevrilənlərin ölkəmizə qarşı hərhansı təxribatları, işğalçılıq meyillərinə görə başlarının əzilməsi, layiqincə cavablandırılması və cəzalandırılması Azərbaycanın qanuni haqqıdır, buna kimsənin nəinki qarışacağı, heç etirazı belə ola bilməz. Bir sözlə, alət kimi istifadə edilən marionetlər bilməlidirlər ki, Azərbaycana qarşı hərhansı təxribatçı əməlləri, işğalçılıq siyasətinə görə başları əziləcək və bunun üçün dəmir yumruq öz yerindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB