YAP-ın təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar partiya veteranları ilə gənclərin görüşü keçirildi FOTOLAR
Noyabırın 17-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının təşkilatçılığı ilə partiya veteranları ilə gənc partiya üzvlərinin görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev partiyanın yaranma tarixindən və keçdiyi inkişaf yolundan ətraflı bəhs edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdı. Bildirdi ki, 29 il öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Vətənimizin üzləşdiyi təhlükələrdən xilas etmək amalı ilə yaradıldı və partiyamızın yaradılması mütəqil Azərbaycan dövlətinin formalaşması prosesinə ciddi təsir göstərdi. Onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993- cü ildə hakimiyyətə qayıtdı. Bu qaydış müasir Azərbaycan tarixinin həlledici dönüş nöqtəsi oldu. Tədbirdə çıxış edən partiya veteranlarından Akif Kazımov, Rafiq Cəfərov, Mirnəsib Kazımov, Qənbərəli Bağırov, Balaqardaş Kazımov partiyanın yarandığı dövr haqqında gənclərə ətraflı məlumat verərək bildirdilər ki, gənc partiya üzvlərinə öz işlərində daima dövlətə və dövlətçiliyə sədaqətli olmalarını tövsiyyə etdilər. Tədbirdə gənc partiya üzvlərindən Həzizadə Ülvi, Əliyeva Təhminə və Cəfərli Vəkil çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi böyük qayğıdan və onlar üçün yaradılmış geniş imkanlardan söz açdılar. Onu da qeyd etdilər ki, bu gün və bundan sonrakı fəaliyyətlərində də ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyəcəklər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB