Qax rayonunda şəhidlərin ildönümü keçirilib ANIM

Qax rayonunda şəhidlərin ildönümü keçirilib ANIM

YAP Qax rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş rayonun Şotavar kənd sakini Allahverdiyev İsgəndər Nəsir oğlunun və Marsan kənd sakini Şabanov Kamran Elşən oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarlarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad etmiş, ruhlarına dualar oxunmuşdur.

Daha sonra partiya fəalları şəhidlərimizin ailələrini ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişlər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə