"Ermənistan cəmiyyəti revanşizm əhval-ruhiyyəsindən əl çəkməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Ermənistan hələ də 44 günlük müharibədəki ağır məğlubiyyətindən özü üçün nəticə çıxara bilməyib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, əsrlərlə özünü digər xalqlardan üstün tutan, digər xalqların torpağını, mədəniyyətini, tarixini oğurlamağı özünə rəvac bilən bir cəmiyyət hələ də qonşu dövlətlərlə normal münasibət qurmaq prinsipini üçün bir ali prinsip edə bilməyib: “Ermənistan revanşizm əhval-ruhiyyəsi ilə yaşayır. Azərbaycan torpaqlarını yenidən işğal etmək əhval-ruhiyyəsi ilə yaşayır. Bütün dünyanı özünə borclu bilir. Elə hesab edir ki, onun bu cür siyasi, hərbi təxribatlarına dünya dəstək verməlidir. Ancaq həmin dövrlər keçmişdə qalıb. Artıq yeni dövrdür. Ermənistanın bu cür təxribatlarının qarşısı Azərbaycan tərəfindən sərtliklə alınır və alınacaq”.
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, vaxtaşırı Ermənistanda müdafiə nazirinin dəyişdirilməsi Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu göstərir: “Ermənistan Azərbaycan sərhədlərinə hörmətlə yanaşmalıdır. Bu ilk növbədə Ermənistanın özü üçün faydalı və gələcəyinə istiqamətlənən bir siyasət olacaq. Ermənistan cəmiyyəti revanşizm əhval-ruhiyyəsindən əl çəkməlidir. Qonşu dövlətlərlə mehriban münasibətlər qurmağı bacarmalıdır. Son hadisələr göstərdi ki, Ermənistan Azərbaycana qarşı təxribat xarakterli bir addımı ikiqat, üçqat cavabını alır”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB