YAP Zərdab rayon təşkilatının fəalları İkinci Fəxri Xiyabanı ziyarət ediblər ANIM

YAP Zərdab rayon təşkilatının fəalları İkinci Fəxri Xiyabanı ziyarət ediblər ANIM

Noyabrın 13-də YAP Zərdab rayon təşkilatının bir qrup fəalı ikinci Fəxri və Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinə ehtiramlarını bildiriblər. Fəallar general mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Cəbrayıl Dövlətzadənin, əslən Zərdab rayonundan olan mayor Rəhim Hüseynovun, Ülvü Hacıyevin və digər qəhrəman vətən oğullarının məzarını ziyarət edərək ruhlarına dualar oxuyublar. Sonra Azərbaycan ordusunun gücü və rəşadəti haqqında əyani təsəvvür yaradan Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Ziyarət zamanı YAP fəallarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı, eləcə də döyuş meydanında məhv edilmiş düşmən texnikalarının nümunələri və s. qənimətlər barədə ətraflı məlumat verilib. Ziyarətçilər İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin rəmzinə çevrilmiş Qənimətlər Parkında “Qarabağ Azərbaycandır!” şüarı əks olunmuş kompozisiya, ermənilərin törətdiyi müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə materiallar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları ilə tanış olublar.

YAP fəalları Hərbi Qənimətlər Parkından yüksək təəssüratlarla ayrılıblar.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə